AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Z.Ağayeva 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 14-dən 20-dək Niderlandda təşkil olunacaq A liqasının 5-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, bu qrupda İspaniya, Niderland, Ukrayna və Türkiyə yığmaları mübarizə aparacaqlar.