UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçiriləcək.
Xeber-ps.com-ın məlumatına görə, günün qarşılaşmaları İngiltərə və İspaniyada baş tutacaq.
Turnirin son qalibi “Mançester Siti” doğma azarkeşləri önündə Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkəcək. Rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edən “şəhərlilər”in yoluna davam etməməsi möcüzə olar.
ÇL-in ən titullu komandası “Real” da Almaniya “Leypziq”i ilə ev matçı öncəsi üstünlüyə malikdir. İspaniya nəhəngi səfərdə qazandığı 1:0 hesablı qələbənin davamını evdə gətirməyə çalışacaq.
Qeyd edək ki, bu gecə “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
7 mart
00:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
Baş hakim: Espen Eskas (Norveç).
Mançester, “Etihad” stadionu
İlk oyun - 3:1.
00:00. “Real” (İspaniya) – “Leyptsiq” (Almaniya)
Baş hakim: Davide Massa (İtaliya).
Madrid, “Santiaqo Bernabeu”
İlk oyun - 1:0.
Xatırladaq ki, 1/8 final mərhələsinin digər 4 cavab oyunu martın 12-13-də keçiriləcək.