Bakıda tanınmış bloqerin restoranında dava düşüb, bıçaqlanan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

APA xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Aqil Anar oğlu Yaqubov restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub. Həmin vaxt o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Şöbəsinin əməkdaşları araşdırırlar.

0.076764106750488