Yüksək Liqa: “Gəncə”, “Murov Az Terminal” və “Azərreyl”dən asan qələbə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Xeber-ps.com xəbər verir ki, Yüksək Liqanın XVI turu çərçivəsində Bakıda iki, Gəncədə bir qarşılaşma baş tutub.

Tura “Gəncə” - “Milli Aviasiya Akademiyası” matçı ilə start verilib. Bu oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Növbəti görüş GİN-in Voleybol Mərkəzində “Abşeron” və “Murov Az Terminal” kollektivləri arasında olub. İlk setdən təşəbbüsə yiyələnən “Murov Az Terminal” derbidə 3:0 hesabı ilə qələbə qazanıb.

UNEC-in idman zalında baş tutan günün son oyununda UNEC və “Azərreyl” klubları üz-üzə gəliblər. Bu qarşılaşmada “Azərreyl” rəqibi üstələyib - 3:0.

Beləliklə, qadınların turnir cədvəlinə “Azərreyl” 39 xalla (13 qələbə) liderlik edir. “Murov Az Terminal” 35 xalla (12 qələbə) 2-ci, “Abşeron” 33 xalla (11 qələbə) 3-cü, “Gəncə” 24 xalla (8 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 13 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

0.30339288711548