London Kraliça Mariya Universitetinin alimlərinin rəhbərlik etdiyi elmi qrup aclığın yalnız üçüncü günündə daxili orqanların fəaliyyətini yaxşılaşdırdığını müəyyən edib.
Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Məlum olub ki, yeməkdən uzun müddətlik imtina yalnız üçüncü gündə insan orqanizminə faydalı təsir göstərməyə başlayır. Bu, orqan və toxumaların zülal tərkibində dəyişikliklərin izlənilməsi nəticəsində aydın olub. Xüsusilə, qidadan uzun müddətlik imtina etmək yalnız artıq çəkidən qurtulmağa imkan vermir, həm də maddələr mübadiləsinə, qaraciyər və mədəaltı vəzi də daxil olmaqla bir çox orqanların fəaliyyətinə müsbət təsir göstərir.
Bundan əlavə, alimlər müəyyən ediblər ki, orqanizmdə müəyyən zülalların konsentrasiyasının artması beyinə də təsir edir. Onlardan bəziləri hipokampusda yeni neyronların meydana gəlməsini təşviq edir ki, bu da idrak qabiliyyətlərinin təkmilləşdirilməsi ilə əlaqələndirilir.
Mənbə: gazeta.ru