A Seriyası: “İnter” qələbə qazanaraq “Yuventus”la xal fərqini artırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya A Seriyasında 27-ci turun oyunları keçirilir.

Turnirin lideri “İnter” bu dəfə öz meydanında “Cenoa”nı sınağa çəkib.

Ev sahibləri rəqibin öhdəsindən gəlməyi bacarıblar. Aslani (30) və Sançesin (38 pen.) qolları sayəsində İnzaqinin yetirmələri qələbə qazanıblar. “Cenoa” bu qollardan yalnız birinin əvəzini çıxıb (Vaskes, 54) - 2:1.

Qeyd edək ki, hazırda “İnter” 72 xalla A Seriyasının şəksiz lideridir. O, ən yaxın izləyicisi “Yuventus”u 15 xal qabaqlayır. “Cenoa” isə 33 xalla 12-ci sırada qərarlaşıb.

 

0.074805021286011