Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə BƏƏ-nin “Əl-Ayn” komandasına uduzub - 1:0.
Meydan sahiblərinin qolunu 44-cü dəqiqədə Süfyan Rəhimi vurub. Matçın sonunda “Ən-Nəsr”in müdafiəçisi Aymerik Laport qırmızı vərəqə alıb.
Qonaqların kapitanı Kriştianu Ronaldu start heyətdə yer alıb və bütün oyunu meydanda keçirib.
Cütlük arasında cavab görüşü martın 11-də baş tutacaq. Bu cütün qalibi Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Hilal” - “Əl-İttihad” matçının qalibi ilə qarşılaşacaq.