Suraxanıda “Azərsu” əməkdaşı borca görə su borusunu kəsib? - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

️Suraxanı rayonunda su borcuna görə borunun kəsildiyi iddia edilir.

Xeber-ps.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 

Vətəndaş iddia edir ki, Suraxanı rayonu Yeni Günəşli, D massivi, blok 6-da yaşayan sakinlərdən birinin borcuna görə, bütün binaya gələn əsas su xəttini kəsiblər:

“Səhər saat 11:00-dan bu vəziyyətlə bağlı “Azərsu” ASC-yə zəng etmişik. Telefonlarına isə düşmək mümkün deyil. Gördüyünüz kimi blokun içini su aparır”.

Suraxanı Rayon Su Kanal İdarəsindən Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda abonentin içməli su və kanalizasiya xidmətlərinə görə borcu olub:

“Abonentə xəbərdarlıq olunmasına baxmayaraq borc ödənilməyib. Rayon Su Kanal İdarəsinin müvafiq borc qrupu tərəfindən xətt kəsilib. Bloka axan su evin içərisindəki su çənindən geri axan sudur. Bu gün 15:00-da həmin xətt bərpa edilib və axan suyun qarşısı alınıb”.

Könül Cəfərli

0.072678089141846