Daxili İşlər Nazirliyi ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalması məsələsinə münasibət bildirib.
Qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Xeber-ps.com-a açıqlamasında faktı təsdiqləyib:
“Belə bir hadisə olub. Sahibsiz it uşağa hücum edib. Uşaq xəstəxanaya yerləşdirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.
10:06
Qobu qəsəbəsində azyaşlını itlərin parçaladığı bildirilir.
Bu barədə Xeber-ps.com-a oxucular məlumat veriblər.
“Qobu Park”da itlərin hücumuna məruz qalan uşağın üç və ya dördüncü sinif şagirdi olduğu bildirilir. Qeyd olunur ki, hadisə barədə uşağın valideynləri xəbərsiz olub.
Videonu təqdim edirik:
Əzizə İsmayılova