Türkiyə Super Liqasında 28-ci turun görüşləri keçirilir.
“Fənərbağça” həmyerlimiz Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”un qonağı olub.
Azərbaycanlı futbolçu matça 79-cu dəqiqədə əvəzləmə ilə daxil olub. Lakin bu, onun komandasına məğlubiyyətdən yaxa qurtarmağa kömək etməyib.
“Fənər” bunadək vurduğu iki qolla (Osayi Samuel 24, Çengiz Ünder 40) 3 xalı qazanıb.
Bununla da, sarı-lacivərdlər turnir cədvəlində 73 xalla ilk pilləyə yüksəliblər. Bir xalı az olan “Qalatasaray”ın ehtiyatda oyunu var.