“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda yarışacaq.

Xeber-ps.com xəbər verir ki, 20 yaşlı idmançı finala yüksələ bilməyib.

Ardıcıl dörd rəqibini üstələyən cüdoçu yarımfinalda Avstriya təmsilçisi Şamil Borçaşviliyə məğlub olub. O, bürünc medal uğrunda görüşdə Mixaylo Svidrakla (Ukrayna) qarşılaşacaq.

Bu gün tatamiyə çıxan Azərbaycan millisinin digər cüdoçuları İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq) və Aytac Qardaşxanlı (63 kq) uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, reqlamentə əsasən, yarışın qalibi 1 000, ikincisi 700, üçüncü yeri tutanlar isə 500 reytinq xalı qazanırlar.

0.059712886810303