Qida rasionumuzdakı gizli kabus: Siqaretdən daha təhlükəli...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alimlər son araşdırmalarında belə qənaətə gəliblər ki, fastfud və digər zərərli qidaların istehlakı ürək-damar sisteminə mənfi təsir edir və ölüm riskini artırır. Onlar eksperimental olaraq bu qidaların 32 zərərli təsirini müəyyən ediblər.

Tədqiqatın nəticələri “British Medical Journal” jurnalında (BMJ) dərc edilib.

Mütəxəssislər yüksək dərəcədə emal edilmiş qidaların istehlakı ilə sağlamlığa mənfi təsirləri arasında birbaşa əlaqənin olduğu qənaətinə gəliblər. Məlum olub ki, bu cür məhsulların zərəri tütün məmulatlarından istifadə riski ilə müqayisə oluna bilər və bəzi hallarda hətta onu üstələyir.

Təhlillər göstərib ki, çips və fastfudun müntəzəm istehlakı ürək-damar xəstəliklərindən ölüm hallarının 50%-dən çox, ümumi ölüm hallarının isə 20%-dən çox artmasına səbəb olur. Həmçinin məlum olub ki, bu qidalar piylənmə riskini 40%, psixi pozğunluqların yaranma ehtimalını isə 53% artırır.

Mənbə: pravda.ru

0.06911301612854