Cəlilabadda qəza: Xəsarət alanlar var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı iki nəfər yaralanıb.

“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhərinin mərkəzində qeydə alınıb.

Belə ki, VAZ-21011 markalı minik avtomobili ilə “Chevrolet Cruze” markalı minik avtomobilinin toqquşması nəticəsində azı iki nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

0.10072708129883