AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında 23-cü turdan təxirə salınmış “Qəbələ” - “Qarabağ” oyununda yaşanan qayda pozuntuları ilə bağlı qərarını açıqlayıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, qarşılaşmanın 53-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Feras Abu Akal birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klub isə 1500 manat cərimə edilib.
Qeyd edək ki, sözügedən matç “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.