Bakıda gənc oğlanı avtomobil vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1998-ci il təvəllüdlü Xeyrilla İbadulla oğlu Həsənovu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0.089972019195557