Bakıda yanan evdən meyiti tapılan kişi evi qəsdən yandırıb - TƏFƏRRÜAT + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatı məlum olub.

APA-nın məlumatına görə, hadisə qəsdən törədilib.

Yaxınlarının bildirdiyinə görə, 1971-ci il təvəllüdlü Eyvaz Həsən oğlu Əkbərov yaşadığı evi yandırıb.

Səbəb isə onun həyat yoldaşı ilə mübahisə etməsi olub.

Nəticədə E.Əkbərov evdə yanaraq ölüb.

29.02.24 15:46

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

0.057724952697754