Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 214-cü kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı irigövdəli ağaca çırpılıb.
Qəzada sürücü, Lənkəran rayonunun Mamusta kənd sakini, 1998-ci il təvəllüdlü Azər Arzuman oğlu Babayev ölüb. Yaralılar isə Lənkəran rayonunun Xanbulan kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və həmkəndlisi 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanovdur.
Ü.Əzizlinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.