“Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır”.
Xeber-ps.com-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Nazir bildirib ki, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır:
“Lakin sinifdə üç nəfərdə iş dəftəri olanda, beşində olmayanda nəticə olmur. İş dəftərlərinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq”.