Fevralın 22-dən yüksək təzyiq və burundan qan açılması ilə Xətai Tibb Mərkəzinə çatdırılan tanınmış jurnalist və Qarabağ qazisi həmin xəstəxanadan çıxıb.
Xeber-ps.com xəbər verir ki, bununla bağlı Rey Kərimoğlu məlumat verib.
“Ayın 22-dən etibarən Xətai Tibb Mərkəzində müalicə alıram. Vəziyyətim ağır idi. Həkimlərin səyi nəticəsində təzyiqi normala qaytarmaq mümkün olub. İndi o xəstəxanadan çıxdım. Çox güman ki yaxın günlərdə ya xəstəxanaların, ya da bərpa mərkəzlərinin birində müalicəmi davam etdirəcəm. Hələlik ev şəraitində müalicə alıram”, - deyə Rey Kərimoğlu bildirib.
Qeyd edək ki, onun vəziyyəti hələ də ağır stabil qiymətləndirilir.