Şahruddin Türkiyə Super Liqasında turun ən yaxşısı oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Türkiyə Super Liqasında 27-ci turun statistik yekunları açıqlanıb.

Məlumata görə, Azərbaycan mili komandasının və “Adana Demirspor”un qolkiperi Şahruddin Məhəmmədəliyevin adı turun ən yaxşıları siyahısına salınıb.

Belə ki, “Qarabağ”ın keçmiş üzvü ən çox qurtarışa imza atan qapıçı olub.

Xatırladaq ki, son turda “Adana Demirspor” “Trabzonspor”un qonağı olub və minimal hesabla uduzub (1:0). Hazırda komanda 32 xalla 12-ci pillədə qərarlaşıb.

Mənbə: Futbol Arena

0.086961030960083