Basketbol üzrə Azərbaycan Kubokunda növbəti oyun keçirilib.
Xeber-ps.com xəbər verir ki, A qrupunda baş tutan ikinci matçda “Cəlilabad” və “Xırdalan” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində reallaşan görüş paytaxt klubunun qələbəsi ilə yekunlaşıb - 108:84
Günün ilk oyununda “Xəzri” “Sumqayıt”a 105:81 hesabı ilə qalib gəlib.
19:00
“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun açılış oyunu keçirilib.
Xeber-ps.com xəbər verir ki, A qrupunda qərarlaşan “Xəzri” və “Sumqayıt” komandalarının qarşılaşmasında paytaxt klubunun 105:81 hesablı qələbəsi qeydə alınıb.
Ən məhsuldar basketbolçular “Xəzri”dən Ceremi Maklaflin (26 xal, 10 ribaund), “Sumqayıt”dan Smit Roderik (29 xal, 9 ribaund) olublar.
Qeyd edək ki, Azərbaycan Kubokunda günün ikinci oyunu saat 19:30-da “Cəlilabad” və “Xırdalan” komandaları arasında baş tutacaq.