Azərbaycan karateçiləri beynəlxalq turnirdə üç medal qazanıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində keçirilən “Karate-1” turnirində 3 medal qazanıblar.

“Report”un məlumatına görə, beynəlxalq yarışda yığma üzvlərindən ikisi qızıl, biri isə gümüş mükafata yiyələnib.

16-17 yaşlı gənc qızların liqasında Gülay Orucova (59 kq) birinci, oğlanlar arasında Fərid Hacızadə (55 kq) ikinci yeri tutub.

14-15 yaşlı yeniyetmələrin yarışında isə Nəsimi Musayev (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

0.093925952911377