Gümüş medal qazanan gimnast: “İnanılmaz qürur hissi keçirirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünənki yarışdan sonra motivasiya topladım və bu gün daha yaxşı çıxış etdim. Bunun nəticəsidir ki, gümüş medala layiq görüldüm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıdakı Dünya Kubokunda gümüş medal qazanan batut gimnastikası və tamblinq üzrə milli komandanın üzvü Adil Hacızadə deyib.

Bu medalın onun böyüklər arasında əldə etdiyi ilk mükafat olduğunu vurğulayan gimnast bildirib: “Buna görə inanılmaz qürur hissi keçirirəm. Evdə yarışdığımız üçün ikiqat həyəcan və məsuliyyət var idi. Çıxış zamanı azarkeşlərin dəstəyini hiss edirdim. Qazandığım bu medal məndə özünəinam hissini daha da artıracaq və növbəti yarışlarda uğur qazanmağıma kömək edəcək. İlin ilk turnirində fərqləndiyimə görə çox şadam”.

Qeyd edək ki, tamblinq üzrə Azərbaycan yığmasının digər üzvü Mixail Malkin qızıl medal qazanıb.

0.089385032653809