Körpə Solmazın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Xeber-ps.com-a onun anası Gülasər Mustafayeva məlumat verib.
O bildirib ki, övladı leykoz xəstəliyindən əziyyət çəkir:
“Solmaz 2022-ci ilin avqust ayında dünyaya gəlib. Dünyaya gəldikdən iki ay sonra isə onun leykozdan əziyyət çəkdiyini öyrəndik. Hazırda ona ilik köçürülməsi üçün donor axtarışına başlamışıq”.
Gülasər Mustafayeva övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
“Solmazın müalicəsi üçün biz iyun ayında sizin saytın izləyicilərinin köməyi ilə Türkiyəyə yollandıq. Orada müxtəlif analizlər verdik, müalicələrimizi aldıq. Hazırda müalicələri davam etdirə bilmək üçün yenidən dəstəyə ehtiyacımız var. Bu xəstəliyin müalicəsi də, əməliyyatı da çox bahadır. Həkimin yazdığı dərmanları almaq üçün hazırda 900 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma yenidən dəstək olmalarını xahiş edirəm. Sizə yalvarıram, övladımı ölümə tərk etməyin”.
Kapital Bank: 4169 7388 0079 7486
Ailə ilə əlaqə: (055) 814-05-26.