“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.
Xeber-ps.com xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunnandan sonra danışıb.
Baş məşqçi qeyd edib ki, “Qarabağ”ın oyunçuları meydanda böyük bir xarakter göstəriblər:
“Oyundan öncə futbolçularımızla söhbət edərkən bildirdim ki, biz bu gün meydanda döyüşməliyik. Bütün Azərbaycan xalqını təbrik edirəm”.