Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün layihənin icrası davam etdirilir. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini əhatə edir.
Bu barədə Xeber-ps.com-ın sorğusuna cavab olaraq AYNA-dan məlumat verilib.
Bildirilib ki, ümumilikdə 3300 metr məsafədə müvafiq nişanlanma işləri aparılıb, yol nişanları quraşdırılıb. 13 məntəqədə isə mikromobillik vasitələri üçün parklanma yerləri təşkil edilib.
Hazırda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılır. Bu işlərə Azərbaycan prospektindən başlanılıb.
AYNA hərəkət iştirakçılarına qaydalara riayət etməyə və sürücülərə mikromobillik vasitələri üçün yollara daxil olmamağa çağırış edib.
11:01
Paytaxtda velosiped zolaqlarına nəqliyyat vasitələrinin girişini məhdudlaşdırmaq məqsədilə xüsusi baryerlər quraşdırılır.
Xeber-ps.com xəbər verir ki, söhbət paytaxtın Azərbaycan prospektində salınan velosiped zolaqlarından gedir.
Bu baryerlərin velosipedçilərin təhlükəsizliyi baxımından önəmli olduğu bildirilir.
Həmin görüntüləri təqdim edirik:
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli