Ötən gün Moskvada saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı anası ilə telefonla danışıb.
Xeber-ps.com xəbər verir ki, Kamil Zeynallı anasına təyyarədə olduğunu bildirib.
“Telefonu indi açdım, ilk sənə zəng etdim. Qızım Sahiləyə də zəng edəcəyəm”, - o bildirib.
Qeyd edək ki, Kamil Zeynallı ötən gün Moskvada saxlanılıb. Məlumata görə, onun saxlanılması Ermənistan tərəfindən axtarışa verilməsi ilə əlaqədar idi.
Həmin görüntüləri təqdim edirik: