Ağdaşda baş verən ana ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Ağdaşda baş verən ana ölümü barədə açıqlama verib.

TƏBİB-dən Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 18-i 1991-ci il təvəllüdlü, Ağdaş rayonunun Hapıtlı kənd sakini təcili yardım briqadası tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə gətirilib:

“Ona 43-44 həftəlik hamiləlik, uşaqlığın cırılma təhlükəsi, ölü döl, intoksikasiya, kəskin qan itirmə diaqnozları qoyularaq Ginekologiya və Doğum Şöbəsinə yerləşdirilib. Vətəndaş qeysəriyyə kəsiyi əməliyyatı edilərək döl götürülüb, qadın Reanimasiya Şöbəsinə yerləşdirilib. Aparılmış reanimasiya tədbirlərinə baxmayaraq, zahı qadının bu gün saat 10:13-də bioloji ölümü qeydə alınıb”.

14:44

Ağdaş rayonunda ana ölümü baş verib.

Xeber-ps.com-ın məlumatına görə, 1991-ci il təvəllüdlü Nübar Mərdanova bir neçə gün əvvəl xəstəxanada qeysəriyyə əməliyyatı olub.

Bu gün isə o, orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

0.095314025878906