Gəncədə doqquz yaşlı qız xəstəxanada ölüb.
Xeber-ps.com xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.
Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı qız xəstəxanada ölüb.
Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub.
İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət