Havada tozun miqdarının normadan çox olmasının mənfi təsirləri nələrdir? - ARAŞDIRMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, havada tozun miqdarı normadan artıq olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.

Mövzu ilə bağlı danışan ekoloq Rövşən Abbasovun sözlərinə görə, Bakı yarımsəhra zonasında yerləşdiyi üçün yağıntı miqdarı çox deyil:

“Belə olduğu təqdirdə isə havada tozun miqdarı yüksək olur. Toz hissəcikləri paytaxta həm də transsərhəd daxil olur”.

Tozlu hava yollarda görünüş məsafəsinin də məhdudlaşmasına səbəb olur. Həmçinin həkimlər deyirlər ki, bu cür hava tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən insanlara mənfi təsir göstərir.

Qeyd edək ki, sabahdan etibarən havada tozun miqdarının normallaşacağı gözlənilir.

Ətraflı süjetdə:

0.090823888778687