Azərbaycanda stasionar telefonlardan istifadə edənlərin sayı azalır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 2021-ci ildə 1 377 200, 2022-ci ildə isə 1 339 900 olub.
Bu isə bir il ərzində 37 mindən çox azalma deməkdir.
Lakin ev telefonlarından istifadə edənlərin sayı azalsa da, internet istifadəçilərinin sayı artıb. Ölkə üzrə hər yüz nəfərə düşən internet istifadəçilərinin sayı 2021-ci ildə 86,7, 2022-ci ildə isə 88,1 faiz təşkil edib.
Vətəndaşlar ev telefonundan istifadəyə marağın azalmasını mobil telefonlarda görüntülü danışma və səs imkanlarının geniş olması ilə əlaqələndirirlər.
Qeyd edək ki, abonent ev telefonuna görə borcunu ödəmədikdə bağlanmış müqaviləyə üç ay sonra xitam verilir. Bununla yanaşı, abonentə əlavə iki ay möhlət hüququ verilir. Bu müddət ərzində də ödəniş olunmasa, ümumilikdə beş aydan sonra müqavilə tamamilə qüvvədən düşmüş sayılır.
Ətraflı “Xəzər Xəbər”in süjetində: