Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 75 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində tavan altı kvadratmetr sahədə, mebel dörd kvadratmetr sahədə, bir ədəd qapı və dörd ədəd məişət avadanlığı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən səkkiz nəfər bina sakini tüstülənmiş mənzillərdən təxliyə olunub və bir nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.