Gəncədə dörd nəfər dəm qazından zəhərlənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

“Report”un məlumatına görə, zəhərlənən iki qardaş və iki bacı - 2016-cı il təvəllüdlü H.Qasımov, 2015-ci il təvəllüdlü Z.Qasımova, 2011-ci il təvəllüdlü M.Qasımova və 2010-cu il təvəllüdlü M.Qasımova xəstəxanaya çatdırılıb.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

0.086750030517578