İspaniyalı tennisçi qolf turnirinin qalibi olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyalı tennisçi Rafael Nadal Malyorkada həvəskarlar arasında keçirilən qolf turnirinin qalibi olub.

Xeber-ps.com xəbər verir ki, o, 75 nəfərin qatıldığı və iki gün davam edən yarışda bütün rəqiblərini qabaqlayıb.

37 yaşlı ulduz tennisçi 2020-ci ildən bu turnirdə iştirak edir. O, ilk cəhdində dördüncü, 2021-ci ildə altıncı, 2022-ci ildə ikinci yeri tutub. 2023-cü ildə isə Avstraliya Açıq Çempionatında aldığı zədə səbəbindən yarışa qatıla bilməyib.

Qeyd edək ki, Rafael Nadal “Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibidir.

0.071201086044312