Fatih Terim “Qarabağ”ın hücumçusunu İSTƏYİR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın futbolçusu Juninyo yayda Ağdam təmsilçisindən ayrıla bilər.

Offsideplus.az-ın əldə etdiyi xəbərə görə, 27 yaşlı forvardla Fatih Terimin baş məşqçisi olduğu “Panatinaikos” klubu maraqlanır.

Belə ki, klub rəsmiləri artıq oyunçunun agentləri ilə əlaqəyə keçiblər və müqavilənin şərtləri ilə maraqlanırlar.

Yunanıstan təmsilçisi yayda “Qarabağ”a müraciət edəcək.

Qeyd edək ki, Juninyonun “köhlən atlar”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

0.085488080978394