Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından boğulub.
“Report”un məlumatına görə, hadisələrdən biri Şəmkir rayon Göyməmmədli kəndində, digəri Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Göyməmmədli kənd sakini, 2009-cü il təvəllüdlü H.Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cü il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından boğulublar.
Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.