La Liqada sensasiya: “Real Madrid” “Rayo Valyekano” ilə bacarmadı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya La Liqasının 25-ci turunda “Rayo Valyekano” və “Real Madrid” komandalarının qarşılaşması baş tutub.

Oyun Madriddəki “Kampo de Valyekas” stadionunda baş tutub. Görüşün baş hakimi Alexandro Muniz Ruiz olub. 

Artıq üçüncü dəqiqədə “Real Madrid”li Xoselu topu qapıdan keçirir. 27-ci dəqiqədə “Rayo Valyekano”nun hücumçusu Raul de Tomas penaltini qola çevirərək hesabı bərabərləşdirir. 90+3 və 90+5-ci dəqiqələrdə “Real Madrid”in heyətində Daniel Karvaxal dalbadal 2 sarı vərəqə alaraq meydanı tərk edir.

Oyun 1:1 hesabı ilə başa çatır.

Hazırda La Liqada keçirilən 25 matçdan sonra “Real Madrid” 62 xalla çempionatın lideridir. “Rayo Valyekano” 25 xalla 14-cü yerdə qərarlaşıb.

 

0.070907115936279