Türkiyə Avtomobil İdmanı Federasiyasının prezidenti Eren Uçlertoprağı 2026-cı ildən etibarən Türkiyə Qran Prisini Formula 1 təqviminə qaytarmaq istədiyini açıqlayıb.
Onun sözlərinə görə, “Formula 1” ilə müqavilələri 2026-cı ildə başa çatan yeddi ölkə var.
“Əgər “Formula 1” müvafiq istəyini ifadə edərsə, çox böyük auditoriyaya və F1 yarışlarına ev sahibliyi etmək təcrübəsinə malik Türkiyəyə qayıda bilər”, - deyə Uçlertoprağı bəyan edib .
Qeyd olunur ki, hazırda Türkiyədə “Formula 1” yarışlarının keçirilməməsinin əsas səbəbləri maliyyələşmə ilə bağlı çətinliklərlə bağlıdır. İndiyədək yarışın Türkiyəyə qaytarılması ilə bağlı artıq bir neçə dəfə qeyri-rəsmi söhbətlər aparılıb.
Mənbə: championat.com