Mağazadan nisyə dəftərlərini oğurladı, Bakıda oteldə qızlarla əyləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax rayonunun Fısdıqlı kəndində yerləşən mağazalardan nisyə dəftərlərini oğurlayan şəxsə hökm oxunub. 

“Qaynarinfo”nun məlumatına görə, 1986-ci ildə Qax rayonunun Qum kəndində anadan olmuş Elvin Badanov (ad-soyad şərti) Fıstıqlı kəndində yerləşən mağazanın şüşəsini daşla vurub sındırmaqla içəri daxil olub və 180 manat pulu, bir ədəd "Bizon" enerji içkisini, bir ədəd “Dadlıca” sosiskasını və bir ədəd 40 vərəqli nisyə dəftərini oğurlayıb.

O, elə həmin günü Fıstıqlı kəndində yerləşən daha bir mağazaya daxil olaraq seyfdən 1800 manat pulu, xeyli başqa malı və bir ədəd 40 vərəqli nisyə dəftərini oğurlayıb. 

Elvin əvvəlcə kənd sakinlərinin adına olan nisyə dəftərlərini yandırıb. Daha sonra oğurladığı pulları götürərək Bakıya gəlib və paytaxtda otellərin birində qızlarla əyləncəyə xərcləyib. Geri qayıtdıqdan sonra polis tərəfindən saxlanılıb, sahibkarlara dəyən zərər ailəsi tərəfindən ödənilib. 

Məhkəmənin hökmü ilə ona 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.  

0.071990013122559