Azərbaycanın 3 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.
“Report”un məlumatına görə, Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, İslam Bazarqanovla (57 kiloqram) Əli Rəhimzadə (65 kiloqram) bürünc mükafata yiyələniblər.
Avropa çempionu M.Maqomedov finalda Gürcüstan təmsilçisi Givi Matçaraşviliyə məğlub olub. 3-cü yer uğrunda görüşlərdə isə İslam Bazarqanov ukraynalı Kamil Kərimova, Əli Rəhimzadə Fransa idmançısı Həmzət Arsamerzuyevə qalib gəlib.
Bu gün mübarizəyə qoşulan güləşçilərdən 4-ü - Nürəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) isə fevralın 18-də bürünc medal uğrunda yarışmaq hüququna yiyələniblər.
Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə 9 medal qazanıb. Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) birinci, Rəşad Məmmədov (55 kiloqram), Ülvü Qənizadə (72 kiloqram) ikinci, Beka Kandelaki (130 kiloqram) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnik (59 kiloqram) qitə çempionu olublar, Elis Manolova (65 kiloqram) bürünc mükafata yiyələnib.
12:28
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Xeber-ps.com-ın məlumatına görə, bu gün daha beş sərbəst güləşçimiz mübarizəyə qoşulacaq, üçü isə medal görüşünə çıxacaq.
Nurəddin Novruzov və Arseni Cioyev təsnifatdan, Turan Bayramov, Osman Nurmaqomedov və Georgi Meşvildişvili 1/8 finaldan yarışa başlayacaqlar.
Ötən gün finala yüksələn Maqomedxan Maqomedov (97 kq) da qitə çempionu olmağa çalışacaq. Onun finaldakı rəqibi Givi Matçaraşvili (Gürcüstan) olacaq. İslam Bazarqanov (57) və Əli Rəhimzadə (65 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.
Güləşçilərin ilk rəqibləri:
Nurəddin Novruzov (61 kq) - Vladimir Yeqorov (Şimali Makedoniya): təsnifat
Turan Bayramov (74 kq) - Zəlimxan Hacıyev (Fransa): 1/8 final
Arseni Cioyev (86 kq) - Mettyu Finesilver (İsrail): təsnifat
Osman Nurmaqomedov (92 kq) - Maqomed Kurbanov (AİN): 1/8 final
Georgi Meşvildişvili (125 kq) - Lyova Gevorqyan (Ermənistan): 1/8 final
Medal görüşləri:
Maqomedxan Maqomedov (97 kq) - Givi Matçaraşvili (Gürcüstan): final
İslam Bazarqanov (57) - Kamil Kərimov (Ukrayna): 3-cü yer uğrunda
Rəhimzadə (65 kq) - təsəlliverici görüşün qalibi: 3-cü yer uğrunda
Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə doqquz medal qazanıb. Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvi Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutublar.
Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib.