Rumıniya dünyanın ən titullu güləşçilərindən birini Avropa çempionatına buraxmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən titullu güləşçilərindən biri, sərbəst güləş üzrə ikiqat olimpiya və beşqat dünya çempionu, rusiyalı Abdulraşid Sadulayev Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən güləş üzrə Avropa çempionatına buraxılmayıb.

Bundan əvvəl A.Sadulayevin Rumıniyaya daxil olmaq üçün viza aldığı təsdiqlənmişdi. Lakin Rumıniya hökuməti onu ölkəyə buraxmayıb.

İdmançı Rumıniya hakimiyyətinin bu qərarına təəccübləndiyini bildirib.

“Qəribədir. Buxarestə İspaniyadan uçurdum və orada mənə heç nə deyilməmişdi. Dəstəyinizə görə təşəkkür edirəm, biz bu qərardan dərs götürəcək, işimizi isə davam etdirəcəyik. Bütün güləşçilərimizə uğurlar arzu edirəm”, - deyə hadisəyə münasibət bildirən rusiyalı güləşçi qeyd edib.

Mənbə: Sport.ru

0.13225102424622