UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
İtaliya “Milan”ı doğma meydanda Fransanın “Renn” klubunu qəbul edib.
Oyun gözlənildiyi kimi meydan sahiblərinin tam üstünlüyü ilə keçib.
Loftus-Çekin dublu (32, 48) və Leaonun qolu (53) “rossonyerilər”in böyük hesablı qələbəsini təmin edib - 3:0.
Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması fevralın 22-də baş tutacaq.