Xankəndidə silah-sursat aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar aşkarlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 13-də Xankəndi şəhəri ərazisində altı ədəd müxtəlif markalı avtomat, iki tapança, səkkiz ədəd müxtəlif markalı tüfəng, yeddi ədəd qumbara, dörd alışdırıcı, 50 ədəd patron darağı, 1 770 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

0.11767315864563