Lənkəranda qəzalı dirək problemi həll olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axundzadə küçəsindəki naqillərin bərkidildiyi dirəklə bağlı problem aradan qaldırılıb.

Bu barədə ərazidə yaranan təhlükəli vəziyyətlə bağlı Xeber-ps.com-ın sorğusuna cavab olaraq Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib.

“Sözügedən internet xətləri özəl provayderə məxsusdur. Rəhbərliklə əlaqə saxladıq. Məlumat verdik ki, dirək qəzalı vəziyyətdədir. Problem aradan qaldırıldı”.

Xatırladaq ki, Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axundzadə küçəsindəki naqilləri saxlayan dəmir dirək yola doğru əyilərək hər an aşmaq təhlükəsi qarşısında idi.

Nəzrin Vahid

0.088921070098877