Əfqanıstanda kişi manekenlərin başları örtülür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanın paytaxtı Kabildə reklam üçün istifadə edilən manekenlərin baş hissəsinin bağlanılması sosial şəbəkələrdə gülüş doğurub.

Paylaşıma şərh yazan internet istifadəçiləri gördüklərini “Taliban”ın qadağaları ilə izah ediblər.

Qeyd edək ki, Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatının rəsmiləri manekenləri İslamda qadağan olunmuş bütlərlə eyniləşdirib və onların başlarının kəsilməsini və yaxud gizlədilməsini əmr edib.

Mənbə: Sputnik Əfqanıstan

0.13845705986023