“Zirə”nin aparıcı futbolçusu Ruan Renato “Neftçi”yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXIII turunun matçında meydana çıxa bilməyəcək.
Xeber-ps.com xəbər verir ki, buna 30 yaşlı müdafiəçinin “Sumqayıt”a qarşı keçirdikləri XXII turun matçında sarı vərəqə alaraq cəzalı duruma düşməsi səbəb olub.
Braziliyalı oyunçu mövsümün ikinci yarısında ardıcıl 4-cü matçda rəsmi xəbərdarlıq alıb.
Qeyd edək ki, “Zirə” - “Sumqayıt” matçında hesab açılmayıb. “Neftçi” - “Zirə” görüşü fevralın 18-də baş tutacaq.