Koronavirusun simptomsuz gedişi immunitetdə problemlə əlaqələndirildi

Alimlər koronavirusun simptomsuz gedişini immunitet problemləri ilə izah ediblər.

“İzvestiya”nın məlumatına görə, bu barədə Rusiyada Sankt-Peterburq Politexnik Universitetinin Biotibbi Sistemlər və Biotexnologiya İnstitutunun direktoru vəzifəsini icra edən Andrey Vasin xəbər verib.

Onun sözlərinə görə, xəstəliyin belə gedişi orqanizmin yad anticismləri tanıya bilməməsi və özününkü kimi qəbul etməsi ilə əlaqəli ola bilər. Beləliklə, infeksiyaya qarşı dözümlülük nəticəsində iltihab və müdafiə prosesləri başlamır, buna görə xəstələrdə heç bir simptom görünmür.

0.29843592643738