Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Xeber-ps.com-a bildirib ki, havada tozun miqdarı 1.5 dəfə normadan artıqdır.
“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq lokal, eyni zamanda transsərhəd xarakter daşıyır.
Tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir”.