10 yaşlı Nurayın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Xeber-ps.com-a onun anası Nazlı Abbasova məlumat verib.
O bildirib ki, övladında anadangəlmə əqli gerilik var.
“Nurayda anadangəlmə əqli gerilik var. Son bir neçə ildə isə qıcolması yaranıb. Gün ərzində 4-5 dəfə qıcolması tutur. Dərmanlarını vaxt-vaxtında içməyəndə inanın bu qıcolmalar gün ərzində 7-8 dəfəyə qədər qalxır. Hər dəfə qıcolması tutanda elə bilirəm onu geri qaytara bilməyəcəyik. Çox qorxuram. Nurayın biraylıq müalicəsi üçün 500 manata ehtiyacımız var. Evdə tək yoldaşım işləyir, həm də kirayədə qalırıq. İnanın, dəyərli nə əşyam varsa, hamısını Nuraya görə satmışam. Artıq satmağa da heç nəyim qalmayıb. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 725-23-12.
Bank Respublika: 4244 4848 4383 8594.