Azərbaycan həndbol çempionatı: “Kür” “Azəryol”a qalib gələrək ikinci pilləyə yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın həndbolçular arasında Azərbaycan çempionatında X tura yekun vurulub.

Xeber-ps.com-ın məlumatına görə, son gündə bir oyun keçirilib.

2-3-cü yerlərdə qərarlaşan “Azəryol” və “Kür” komandaları ikincilərin meydançasında üz-üzə gəliblər. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşma meydan sahiblərinin 29:23 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qalibiyyət sayəsində “Kür” “Azəryol”la xalların sayını (15) bərabərləşdirərək, ikinci pilləyə yüksəlib.

0.057893037796021